BU ADDIMIN YENİLİKLƏRİ ƏHATƏ ETMƏK MƏQSƏDİLƏ ATILDIĞI DEYİLİR BU ADDIMIN YENİLİKLƏRİ ƏHATƏ ETMƏK MƏQSƏDİLƏ ATILDIĞI DEYİLİR

Mikayıl Cabbarov dəyişikliyə “Azərbaycan müəllimi”ndən başladı - ÖZƏL

BU ADDIMIN YENİLİKLƏRİ ƏHATƏ ETMƏK MƏQSƏDİLƏ ATILDIĞI DEYİLİR




Yeni təhsil naziri Mikayıl Cabbarov nazirlikdə hələlik kadr dəyişikliyi aparmasa da, işlə bağlı bəzi dəyişikliklər edib. Belə ki, AZNEWS.AZ-ın əldə etdiyi məlumata görə, yeni nazirin qərarı ilə Təhsil Nazirliyinin orqanı olan "Azərbaycan müəllimi" qəzetində ilk dəyişikliklər özünü göstərir.

Əvvəllər həftədə bir dəfə 8 səhifədə çap edilən qəzetdə indi səhifələrin sayı artırılaraq 12-yə çatdırılıb. Bu addım həftəlik nəşrdə bütün ölkənin təhsil sahəsində baş verən yenilikləri əhatə olunmasına şərait yaradılması məqsədilə atılıb.

Başqa bir dəyişiklik isə qəzetin dili ilə bağlıdır. Belə ki, nazir qəzetin əksər mətbu orqanlarının istifadə etdiyi yazı dilində deyil, məhz rəsmi qəzet dilində buraxılması barədə göstəriş verib. Qəzetin 3 may tarixli buraxılışı məhz dəyişikliklərlə çap edilib.

Azər
AzNews.az