11:23
(077) 610-22-33

Sürücülərə xoş xəbər

  • >
315 8 May 2013 09:55 | Cəmiyyət

Azərbaycanda sürücülük vəsiqəsinin itirilməsinə görə cərimənin ləğvi qüvvəyə mindi



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunu təsdiq edib.

Trend-in məlumatına görə, dəyişikliklərin qüvvəyə minməsi ilə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib.
Qeyd edək ki, əvvəllər qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.
Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb ölkə başçısına təqdim etməlidir. Bundan başqa Nazirlər Kabineti üç ay müddətində normativ hüquqi aktların həmin qanuna uyğunlaşdırılmasını təmin etməli, bu barədə, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayıb və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir.

AzNews.az
Bağla X