01:41
(077) 610-22-33

Millət vəkili: “Qanun qəbul olunsa belə, havada qalacaq“

  • >
252 8 May 2013 14:36 | Cəmiyyət

"Bu gün Azərbaycanda kapitalın amnistiyası gözlənilmir"

Bunu millət vəkili Əli Məsimli deyib. O bildirib ki, kapitalın amnistiyası ilə bağlı Milli Məclisdə təkliflər irəli sürülsə də, heç bir qanun qəbul olunmayıb:

"Milli Məclisdə "çirkli pullar" haqqında qəbul olunan zaman bütünlükdə amnistiya məsələsini qaldırdım. O vaxt bildirdim ki, əvvəlcə ümumilikdə kapitala amnistiya haqqında qanun qəbul edək, sonra isə "çirkli pullar" haqında qanun qəbul edək. Düzdür, qanun qəbul etmək sonra həmin qanunun işləməsi üçün şərait yaratmaq lazımdır. Qazaxıstanda və başqa ölkələrdə bu artıq var. Amma elə etmək lazımdır ki, bu yüksək olsun. Yüksək olması üçünsə qanundan başqa əlavə mexanizmlər də qəbul olunmalıdır. Bir növ yazılmamış qanunlar olmalıdır. Bu gün Azərbaycanda leqal milyoner adı çəkmək çətindir. Ciddi problemlər var. Kapitalın əsas hissəsinin də kimlərin əlində olmasının da hamıya məlumdur. Ona görə də bütün bunları nəzərə almaqla addımlar atmaq olar. O zaman hansısa nailiyyətə nail olmaq olar. Amma İvanovun, Petrovun, Consonun bura gətirdiyi pulun iyindən bilmirik ki, təmiz puldur, ya yox. Belə olan halda niyə bizim 10-100 milyardlarla pulumuz haradasa qalsın. Mümkün olarsa həmin pullar gəlsin, neftdən kənar sahələrdə istifadə olunsun, regionların inkişafı, pullu yolların çəkilişində. Heç olmazsa pulu oğurlayıb bir günah edibsə, onu xaricdə gizlədərək ikinci günahı etməsin".

Millət vəkili deyir ki, bununla bağlı qanun qəbul olunsa belə, havada qalacaq:

"Kim leqal işləyirsə, onsuz da elə davam edəcək. Qeyri-leqal işləyənlər elə də davam edəcək. Bir neçə il bundan öncə "çirkli pullar" haqqında qanunun qəbul olunduğu zaman kapitala amnistiya verilməsi ilə bağlı qanunun qəbul olunmasını təklif etmişdim. Amma bunun üçün şərait yaradılmalı idi".//modern.az//

AzNews.az
Bağla X