05:25
(077) 610-22-33

“Xalqımız eyni nəticələri Qarabağ müharibəsində göstərə bilmədi!“ - Bəyanat

  • >
385 9 May 2013 18:47 | Cəmiyyət

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 9 may Qələbə günü ilə bağlı bəyanat qəbul edib. İkinci Dünya müharibəsində böyük fədakarlıq və əzm göstərmiş Azərbaycan veteranlarının faşizm üzərində qələbə münasibətilə təbrik edildiyi bəyanatda "Bu onların halal haqqıdır!" deyə vurğulanıb.

Bəyanatda İkinci Dünya müharibəsi illərində keçirilən döyüşlərdə və arxa cəbhədəki iştirakına görə xalqımızın igidliyi və döyüşgənliyinə də toxunulub. Müharibə zamanı ümumi əhalinin sayını nəzərə almaqla faiz göstəricisinə və həmçinin verdiyi itgilərin sayına görə ərazisində hərbi əməliyyətlar aparılan millətlərdən bizim xalqın daha üstün olmasına diqqət çəkilib.

"Bu qələbə mütəşəkkil təşkilatçılıq, intizamlı hakimiyyət, ideoloji hazırlıq və səfərbərlik şəraitində şücaətli millətimizin nəyə qadir olduğunu bir daha göstərdi. Bu qələbədə Bakı neftinin müstəsna və aparıcı rolu danılmazdır. Hətta əsas dövlətçlik prinsiplərinə görə öz doğma tarixi höküməti olmayan bir ölkənin idarəçilərinin çağırışı ilə səfərbər olan xalqımız nə yazıq ki, eyni nəticələri Qarabağ müharibəsində göstərə bilmədi!" deyə qeyd edilib.

Eyni zamanda bəyanatda müxtəlif şəxslərin Elçibəy hökümətini 9 may Qələbə günü kimi qeyd edilməsindən imtinaya görə ittiham etməkləri kəskin şəkildə qınanılıb.

"Bu, tarixi yaddaşın təhrif olunmasıdır. 21 ildən sonra tarixi faktları unutmaq bəlkə də bəziləri üçün asandır. Amma 9 may ancaq bir dəfə 1993-cü ilin yazında Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyəti dövrünə təsadüf edib. Məhz o ərəfədə ki, Azərbaycan xalqı Şuşanın işğalının bir ilinin acısını yaşayırdı. Müvəqqəti də olsa, məğlubiyyətə uğramış xalqın qələbə günü qeyd etməyə mənəvi haqqı yoxdur!"

Bundan başqa bəyanatda müharibədə məğlub olmuş, torpaqları itirilmiş bir ölkədə müşahidə olunan bayramların əvəzinə ülvi niyyətlə xalqın rifahına, dövlətin, sərhədlərimizin və torpaqlarımızın bütövlüyü və toxunulmazlığına, eləcə də gələcək gerçək Qələbəyə, millətimizin yüksəlişinə yönələn məntiqi fəaliyyətlər göstərmənin, əsl mücadilə etmənin zəruriliyi bildirilib.


AzNews.az
Bağla X