23:00
(077) 610-22-33

“Düz adamsansa, jurnalistdən niyə qorxursan?” – Abutalıbova cavab

  • >
322 10 May 2013 10:17 | Cəmiyyət

“Haqqdan, ədalətdən, düz sözdən də də qorxarlar?”



Məlum olduğu kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov növbəti dəfə jurnalistləri aşağılayan açıqlama ilə çıxış edib. O, "Azadlıq" radiosunun müxbirinin sualına belə cavab verib: "Gedin işinizin dalınca. Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm".

Bu məsələyə münasibət bildirən rejissor Şeyx Əbdül Mahmudbəyov AzNews.az-a açıqlamasında deyib ki, əslində bu ifadə Hacıbala Abutalıbovun özünə aid edilməlidir::

"Düz adamsansa, jurnalistdən niyə qorxursan? Haqqdan, ədalətdən, düz sözdən də də qorxarlar? Akademiyanın təzə prezidenti məqalə yazıb. O, həmin məqalədə Hacıbala Abutalıbovu "ölü can" adlandırıb. Yazıb ki, "Akademiyada ən böyük "ölü can" Hacıbala Abutalıbovdur. Bunu jurnalist deyil, akademik yazıb"

Bahar Rüstəmli
AzNews.az

Bağla X