- Köhnə - Cəmiyyət
- 10 May 2013 12:11
- 2 848
Naftalan şəhərinə yeni polis rəisi təyin edildi
Naftalan şəhərinə yeni polis rəisi təyin edilib
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Məmməd Hüseynov tutduğu vəzifədən azad edilərək Naftalan şəhərin Polis Şöbəsinə rəis təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Naftalan şəhər Polis Şöbəsinin rəisi Ağakişi İsmayılov tutduğu vəzifədən uzaqlaşdırılıb.
AzNews.az