06:11
(077) 610-22-33

Elçin Behbudov: “Onların saçlarını qırxıblar“

  • >
337 10 May 2013 14:35 | Cəmiyyət

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov köməkçiləri - Elçin Şirinov və Bəhmən İmanovla birlikdə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanma məntəqəsində monitorinq keçirib.

E.Behbudovun APA-ya verdiyi məlumata görə, orada 20 nəfər saxlanılır: "Onlardan aprelin 30-da aksiya zamanı saxlanılan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, "Nida" Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə ilə görüşdüm. Onların saçlarını qırxıblar və evdən gələn yeməyi də vermirlər. Əsas narazılıqları bu məsələlərlə bağlı oldu. Məntəqənin rəhbərliyindən mənə bildirdilər ki, təmizlik qaydalarına əməl olunması üçün saxlanılan şəxslərin başları qırxılır. Yay mövsümü olduğu üçün isə kənardan gətirilən yeməklər qəbul olunmur. Bildirdilər ki, saxlanılanlar gündə üç dəfə yeməklə təmin olunurlar".

E.Behbudov saxlanılan şəxslərdən İ.Rüstəmzadənin şikayət etdiyini də bildirib: "Onlardan yalnız İlkin Rüstəmzadə mənə şikayət edib. Mən də həmin məsələni Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun diqqətinə çatdıracam".

AzNews.az
Bağla X