02:08
(077) 610-22-33

“Heç kim özbaşına gediş haqqını artıra bilməz“

  • >
335 10 May 2013 15:00 | Cəmiyyət

Nəqliyyat nazirinin müavini Musa Pənahov paytaxtın bəzi istiqamətlərində işləyən şəhərdaxili avtobuslarda gediş haqqının bahalaşması ilə bağlı "Media forum" saytının sualını cavablandırıb.

Nazir müavini deyib ki, heç kim özbaşına gediş haqqını artıra bilməz: "Nəqliyyat Nazirliyi insanların rahat gedib-gəlməsi üçün bir neçə avtobusun marşrutunun məsafəsini uzadıb. Biz bu marşrutları optimallaşdırmışıq. Tarif Şurasının qərarı ilə yalnız həmin avtobuslarda qiymətlər dəyişib. Bu da cəmi dörd-beş marşrutdur".

Məsafəsi uzadılan marşrut sürücülərinin sərnişinlərdən Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərdən daha artıq gediş haqqı almasına gəlincə, Musa Pənahov deyib ki, bu mümkün deyil: "Əgər bununla bağlı Nəqliyyat Nazirliyinə məlumat daxil olsa, tədbir görüləcək".

Nazir müavini hesab edir ki, paytaxt marşrutlarının bir hissəsində qiymətləri artırıb, digərlərində olduğu kimi saxlamaq süni qiymət artımına səbəb olmayacaq: "Qiymətlər həmişə bu cür müxtəlif olub. Bütün marşrutlarda eyni qiymət olmayıb. Uzun məsafə gedən avtobuslarda gediş haqqı digərlərindən baha olub. Tarif Şurası şəhərdaxili bütün avtobuslarda gediş haqqının artırılması, taariflərin dəyişməsi məsələsinə baxmayıb, ona görə də qiymət artımından söhbət gedə bilməz".

AzNews.az

Bağla X