- Köhnə - Cəmiyyət
- 10 May 2013 15:26
- 1 745
İsmayıl Ömərov Azərbaycanı tərk etdi
İctimai TV-nin sabiq baş direktoru İsmayıl Ömərov Azərbaycandan gedib.
Bu barədə İsmayıl Ömərovun yaxınları məlumat verib. Onlar bildirib ki, İTV-nin sabiq rəhbəri bir neçə gündür ki, ölkəni tərk edib. Onun xaricə müalicəyə getdiyi bildirilir.
Qeyd edək ki, İTV-də ciddi maliyyə yoxlamalarının aparıldığı barədə məlumatlar da yayılıb.
Xatrıladaq ki, İsmayıl Ömərov İTV-nin baş direktorluğuna üçüncü dəfə keçirilən müsabiqəyə namizədliyini verməməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu situasiya onun vurulması kimi şərh olunur. //qafqazinfo//
AzNews.az