İlham Əliyev və ailəsi gül bayramında - FOTOLAR

Xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının "azeri" adını verməyi qərara alınıb

Prezident İlham Əliyev Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxtda təşkil edilən Gül bayramında iştirak edib. AzNews.az-ın AzerTac-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı və ailə üzvləri Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov İlham Əliyevə məlumat verib və bildirib ki, paytaxt sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına çevrilib.

Bildirilib ki, builki Gül bayramı daha bir hadisə ilə yadda qalacaq. Belə ki, "DufoA" adlı Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının "azeri" adını verməyi qərara alıb.

Bununla bağlı bu gün Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və "DufoA" Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıblar.

Xrizantem gülünün bu növünün yetişdirilməsi üçün beş il vaxt tələb olunur. Beləliklə də, dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə alıb.

Dövlət başçısı və xanımı daha sonra Gül bayramında iştirak edən uşaqlarla səmimi söhbət ediblər, xatirə şəkli çəkdiriblər.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description