Şeyx Əbdül: “Hacıbala Abutalıbov zəng edib, dedi ki...” Şeyx Əbdül: “Hacıbala Abutalıbov zəng edib, dedi ki...”

“Nə aclıq aksiyası? Nə beynəlxalq təşkilatlar?” - MERİN TƏLAŞI

Şeyx Əbdül: “Hacıbala Abutalıbov zəng edib, dedi ki...”


Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Hacıbala Abutalıbovla arasında yaranmış qalmaqal davam edir.

Sənətkar sonuncu dəfə AzNews.az-a açıqlamasında mənzililə bağlı yaranmış probleminin yoluna qoyulmayacağı təqdirdə aclıq aksiyası keçirəcəyini, beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirib.

Onun bu açıqlaması isə deyəsən paytaxt merini ciddi şəkildə narahat edib. Hər halda Mahmudbəyovun saytımıza bu gün verdiyi açıqlama belə düşünməyə əsas verir:

"Bir də baxdım zəng gəldi. Götürdüm, Hacıbala Abutalıbovdu. Dedi ki, sənin mətbuata verdiyin açıqlama narahatçılıq yaradıb. Nə aclıq aksiyası? Nə beynəlxalq təşkilatlar? Mayın 10-dan sonra şəxsən səni hizurumda gözləyirəm. Gəl, danışaq. Bu gün isə artıq ayın 11-di. Guya mənimlə görüşməlidirlər, amma bu görüşün nəticə verəcəyinə az inanıram".

Bahar Rüstəmli
AzNews.az