20:45
(077) 610-22-33

“Gülər xanımın psixoloji durumu yaxşı deyil” - Vəkil

  • >
1 374 11 May 2013 15:38 | Cəmiyyət

Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Ə. Talıbov APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin səhhətinin yaxşı olmadığını bildirib: "Gülər xanım son hadisələrə görə özünü çox pis hiss edir. Dünən axşam qıcolması olub. Tez-tez ürəyi, başı ağrıyır. Mən həkimlə də söhbət elədim. Həkim də bunları təsdiqlədi".

Vəkil Ə. Talıbov G. Əhmədovanın psixoloji durumunun da pis olduğunu söyləyib: "Tez-tez əsəbiləşib qışqırır. Psixoloji durumu yaxşı deyil".
Bağla X