“Müxalifət mətbuatının yazdıqlarının heç bir əsası yoxdur“

Radikal müxalifət Xudatda baş vermiş hadisəni başqa səmtə yönəltməyə çalışır. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə mayın 9-da Xaçmaz rayonunun Xudat şəhərində Sərhəd Qoşunlarının zabitinin işitrakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.

"Təəssüf ki, orada nəzərə alınmır ki, hadisəni törədən insan sərhədlərimizi qoruyan, təhlükəsizliyimizi təmin edən və bütün həyatını Azərbaycana həsr edən gənc zabitdir. Müxalifət qüvvələri onu müdafiə etmək, məsələnin hüquqi baxımdan həll edilməsinə şərait yaratmaq əvəzinə, həmin bölgədə vəziyyəti gərginləşdirməyə çalışır. Bəzi müxalif qüvvələr hər zaman bu kimi situasiyalardan istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışır. Ancaq aldığımız məlumatlara görə, məsələ sakit şəkildə araşdırılıb və tərəflər arasında heç bir narazılıq yoxdur. Müxalifət mətbuatının yazdıqlarının heç bir əsası yoxdur. Onların arzuladığı gərginlik, qarşıdurma, hakimiyyətlə cəmiyyəti üz-üzə qoymaq cəhdləri baş tutmayacaq", - Mirzəzadə qeyd edib.

AzNews.az