Vəkil İradə Cavadova: “Aslan İsmayılovun əleyhinə səs verənlərdən biri də mən olmuşam” Vəkil İradə Cavadova: “Aslan İsmayılovun əleyhinə səs verənlərdən biri də mən olmuşam”

Aslan İsmayılovun əlehinə səs verən vəkil danışdı

Vəkil İradə Cavadova: “Aslan İsmayılovun əleyhinə səs verənlərdən biri də mən olmuşam”



"Vəkillər Kollegiyasının(VK) Rəyasət Heyətinin iclasında Aslan İsmayılovun əleyhinə səs verənlərdən biri də mən olmuşam". Bu sözləri Modern.az saytına açıqlamasında VK-nın Rəyasət Heyərtinin üzvü İradə Cavadova deyib. Xanım vəkil Aslan İsmayılovun iclasdan sonra KİV-də yanlış informasiya yaymasını təəssüf hiss ilə qarşıladığını qeyd edib.

"Onun "Azadlıq" radiosunda qeyd etdiyi fikirləri qətiyyən bölüşmürəm. Çünki tamamilə düzgün informasiya təqdim etməyib. 2003-cü ildən bəri olan fəaliyyətindən çox şeylər danışıb və bu informasiyaların heç birisi ilə razı deyiləm. Bəli, Rəyasət Heyətinin belə bir qərarı olub. Amma ora bu qərar İntizam Komisisyasından gəlib. İntizam Komissiyasının üzvlərinin rəyi əsasında Rəyasət Heyəti yekdilliklə Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması barədə qərar verib".

İ.Cavadovanın sözlərinə görə verilən qərar Aslan İsmayılovun şəxsiyyəti ilə bağlı deyil, onun peşə davranışına aiddir.

"Onun hərəkətlərindəki qanunsuzluq müdafiə etdiyi, halbuki müdafiəçisi olmadığı şəxslə bağlı olub, etik qaydalara riayət etməyən hərəkətlərə yol verdiyinə görə belə bir qərar qəbul edilib".

Xanım vəkil vurğulayıb ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qəbul etdiyi qərar heç də Aslan İsmayılovun vəkillikdən birdəfəlik uzaqlaşdırılmasına dəlalət etmir.

"Qərar qəbul edilib ki, fəaliyyətini hələlik davam etdirsin, yeni müqvailə bağlamasın. Aslan İsmayılovun qeyd etdiyi kimi, onun fəaliyyətinə dərhal xitam verilməyib. Çünki onun müdafiə etdiyi şəxslər var. Yalnız məhkəmə qərarından sonra o, vəkillikdən həmişəlik xaric edilə bilər. Bəlkə məhkəmə zamanı onun başqa sübutları olacaq, bəlkə elə bir dəllillər gətirəcək ki, məhkəmənin qərarında ona qarşı müsbət rəy olacaq".

İradə Cavadova bildirib ki, Aslan İsmayılovun məsələsi 5 ay ərzində İntizam Komsiyyasında müzakirə olunub və onlar bunu araşdırıblar.

"Çox təəssüf edirəm ki, Aslan İsmayılov bütün vəkilləri təhqir edib, Rəyasət Heyətinə bütün materiallar təqdim olunub. Aslan İsmayılov özü orada hadisənin necə omaması barədə etiraf edib. Bu hadisə məhkəmədə müzakirə olunacaq, müsbət qərar çıxarılacaqsa, Vəkillər Kollegiyasının üzvü kimi qalacaq".

İradə Cavadova Aslan İsmayılovun lisenziyalı hüquqşunaslar barədə "Azadlıq" radiosunda səsləndiridiyi fikirlərlə razılaşmadığını da qeyd edib.

"Verdiyi müsahibədə lisenziyalı hüquqşunasları məhz Aslan müəllimin vəkil etməsi fikrinə qətiyyən etirazımı bildirirəm və bir daha bəyan edirəm ki, şəxsən məni vəkil edən Aslan İsmayılov olmayıb. Lisenziyalı hüquqşunas olmuşam. Lisenziyalı 300 hüquqşunas olub. Ümumiyyətlə, o dövrdə hüquqşunaslar lisenziya ilə fəaliyyət göstərirdi, vəkilliyə qəbul yox idi. Lisenziyanın verilməsi dayandırılandan sonra 300 nəfər vəkil, Azərbaycan Hüquqşunaslar Forumunun keçirdiyi kampaniya çərçivəsində müəvəffəq olduq ki, lisenziyalı hüquqşunaslar kimi avtomatik Vəkillər Kollegiyasının üzvü olaq. Həmin kampaniyanın rəhbəri İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Vidadi Mirkamal olub və hamımız yekdilliklə bu kampaniyaya qoşulmuşduq. Təəssüf edirəm ki, Aslan müəllim özünü qabarıq göstərir ki, 300 lisensiyalı hüquqşunası o, vəkil edib". (modern.az)

AzNews.az