Sabiq nazirlər Amnistiya aktından kənarda qaldılar

Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin adı artıq icrasına başlanılan Amnistiya aktına salınmayıb.

Bunu açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, nə Əli İnsanov, nə də Fərhad Əliyev Amnistiya aktından yaralana biləcək.

"Əfsuslar olsun ki, Amnistika aktına onların heç birinin maddəsi düşmür. Amnistiya aktına nəinki Əli İnsanov və Fərhad Əliyev, heç NİDA üzvləri də düşmürlər. Biz buna təəssüflənirik. İstərdik ki, onlar da azad olunsunlar"-deyə hüquq müdafiəçisi bildirib.

N.Cəfəroğlu həmçinin qeyd edib ki, İsmayıllıda baş verən hadisələrdə tutulan şəxslər də Amnistiya aktı ilə azad olunmayacaqlar.

"Hicab aksiyasında tutulanlardan ola bilər ki, bir-ikisi azad olunsun. İsmayıllı hadisələrində tutulanlar da Amnistiya aktından yararlana bilməyəcəklər."

Hüquq müdafiəçisi hesab edir ki, Amnistiya Aktının icrasına mayın 28-dən başlanacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclis mayın 7-də Amnistiya aktını qəbul edib. Amnistiya aktı 9 min məhkuma şamil ediləcək. Onun 2 min nəfəri həbsdən azad ediləcək. Əsasən ciddi cinayətlər törətməyən və ya az ağır cinayətlər törədən qadınlar; 18 yaşından əvvəl cinayət törədənlər; birinci və ikinci qrup əlilər; 60 yaşına çatmış kişilər; himayəsində həddi-büluğa çatmayan, birinci və ikinci qrup əlil uşaqları olanlar; Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçıları; qaçqınlar və köçkünlər azad ediləcək. //modern//

AzNews.az