ACP sədri Eldar Namazovun dediklərinə münasibət bildirdi

"Bizim təkliflərimiz gecikdirilməyib. Eldar Namazov necə deyə bilər ki, təkliflər onlara çatmayıb. ACP lideri Rəsul Quliyev özü bu təklifləri Rüstəm İbrahimbəyova göndərib".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında ACP sədri Sülhəddin Əkbər "El" Hərəkatının sədri Eldar Namazovun ACP-nin Milli Şura ilə bağlı təkliflərini gecikdirməsi məsələsinə münasibət bildirərkən deyib. Sülhəddin Əkbər vurğulayıb ki, bu təkliflər mətbuata da açıqlanıb. Parametrlər bunlardan ibarətdir:

1) Müstəqillik dövründə millət vəkili seçilmiş və indi müxalifətdə olan siyasətçilər

2) Azərbaycanda avtoratizmdən demokratiyaya keçidi bərpa etmək istəyən bütün siyasi siyasi partiya liderləri

3) Demokratiya, insan haqları uğrunda mübarizə aparan ictimai xadimlər

"Bu kateqoriyaların hamısı Milli Şurada təmsil olunmalıdır. Yeni yaranacaq Milli Şura sözün həqiqi mənasında Milli Şura olmalıdır. Yoxsa hər hansı 2, 3 partiyanın iştirakı ilə danışıqları aparmaq yenidən müxalifətin parçalanmasına gətirib çıxara bilər"-, deyə o, bildirib.

AzNews.az