01:58
(077) 610-22-33

Razi Nurullayev istefa verdi

  • >
438 14 May 2013 11:17 | Cəmiyyət

Bu gün QHT Əməkdaşlıq Alyansının İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda Alyansın son üç ayda gördüyü işlər, keçirdiyi tədbirlər haqqında ətraflı hesabat verilib.

"Qafqazinfo"nun məlumatına görə, iclasda Alyansın İdarə Heyətinin reqlamentinə nizamnaməyə uyğun olaraq bir sıra dəyişikliklər edilib.

İdarə Heyətinin üzvü, "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayevin işinin çoxluğu səbəbindən Alyansın fəaliyyətində yaxından iştirak edə bilməməsi ilə əlaqədar könüllü istefa verib. Alyansın İdarə Heyətinin üzvləri bu qərarın əleyhinə olsalar da, Razi Nurullayev İdarə Heyətinin bütün üzvlərinə onu dəstəklədiklərinə görə təşəkkürünü bildirib və Alyansda fəaliyyətini dayandırdığını bəyan edib.

AzNews.az
Bağla X