"Dələduzun ən yekəsi Elşad Abdullayevdir" "Dələduzun ən yekəsi Elşad Abdullayevdir"

“Məni - günahsız adamı həbs edirsiz“ - Gülər Əhmədova

"Dələduzun ən yekəsi Elşad Abdullayevdir"



ANS PRESS-in məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Hakim Əmir Bayramovun sədrliyilə keçirilən prosesdə Gülər Əhmədovanın apellyasiya şikayəti təmin olunmayıb.

Gülər Əhmədovanın nümayəndəsi Zülfiyyə Bayramova açıqlamasında Əhmədovanın hakimin bu qərarını etirazla qarşıladığını söyləyib: "Əlbəttə ki, Gülər xanım bu qərarla raşılaşa bilməz və o, üzünü hakimə tutaraq "Dələduzun ən yekəsi Elşad Abdullayevdir. O, da qaçıb oturub Fransada. Onun yerinə məni - günahsız adamı həbs edirsiz?" deyərək öz etirazını bildirdi".

AzNews.az