20:37
(077) 610-22-33

İnzibati həbsin müddəti 6 dəfə artırıldı

  • >
573 14 May 2013 13:23 | Cəmiyyət

Azərbaycanda inzibati həbsin maksimum müddəti 6 dəfə artırılıb



APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, ölkədə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə həbs 15 gündən 3 aya qədər artırılıb.

Ə. Hüseynli deyib ki, inzibati qanunvericilikdə nəzərdə tutulan bir çox əməllər Avropa ölkələrində cinayət məsuliyyəti hesab olunur: "İnzibati həbsin müddətinin 3 aya qədər artırılması tam məntiqlidir. Eyni zamanda humanist addımdır. Çünki cinayət məsuliyyəti sayılmır".

Məcəlləyə edilən dəyişikliyə görə, ölkədə döyməyə görə inzibati cəza da sərtləşdirilib. İXM-nin 38.1 maddəsinə edilən dəyişikliyə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək (hazırda on beş günədək nəzərdə tutulub) müddətə inzibati həbs tətbiq olunacaq.

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə 50 manatdan 80 manatadək miqdarda cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə bir ayadək (hazırda on beş günədək) müddətə inzibati həbs tətbiq ediləcək.

AzNews.az
Bağla X