“Biz onun bu qədər sürüşkən xarakterli insan olduğunu bilmirdik” “Biz onun bu qədər sürüşkən xarakterli insan olduğunu bilmirdik”

“Amnesty İnternational”: “Eynulla Fətullayev hansı üzlə...”

“Biz onun bu qədər sürüşkən xarakterli insan olduğunu bilmirdik”



Jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayev (İndi Mədət Quliyevin dəstəyi ilə sayt açmağa hazırlaşır- red. ) həbsdən sonrakı fəaliyyətinə görə beynəlxalq qurumlardan daha bir zərbə alıb.

"Amnesty International" təşkilatının gürcüstanlı nümayəndəsi Natalia Nozadze bildirib ki, onlar uzun müddət Eynulla Fətullayevi fəal şəkildə dəstəkləyərək, həbsdə olduğu zaman onu beynəlxalq səviyyədə vicdan məhbusu kimi müdafiə ediblər.

N.Notalidze bildirib ki, Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi üçün həm Gürcüstan səviyyəsində, həm də beynəlxalq səviyyədə geniş miqyaslı təbliğat aparıblar. Ancaq onun mövqeyinin son vaxtlar kəskin şəkildə dəyişməsini müşahidə ediblər və Fətullayevin insan haqları üzrə apardığı monitorinqlərdə işinə heç də vicdanla yanaşmadığı üzə çıxıb: "Biz onun məhbusların hüquqları üzrə apardığı araşdırmaları diqqətlə təhlil etdik və gördük ki, Eynulla Fətullayevin bu təhlillərində həbsxana məmurlarının və kriminal aləmin maraqlarına cavab verən əlamətlərə dolayı yolla daha çox önəm verilib. Biz bütün bunlara görə, indi təəssüf içində olduğumuzu bildiririk. Eynulla Fətullayevin həbsdə olduğu müddət ərzində onun hüquqlarını demək olar ki, hər gün müxtəlif beynəlxalq təşkilatlar qarşısında müdafiə etmişik. Biz onun bu qədər dəyişkən və sürüşkən xarakterli insan olduğunu bilmirdik".

N.Notalidzenin sözlərinə görə, bu gün Eynulla Fətullayevdən, təkcə Gürcüstandakı insan haqları təşkilatları deyil, həm də onun təmsil olunduğu "Amnesty International" təşkilatı imtina edib: "Bizə qəribə görünən odur ki, Eynulla Fətullayevin sədri olduğu "İnsan Haqları Uğrunda" İctimai Hərəkata beynəlxalq səviyyədə heç kim inanmırsa, Azərbaycanda o, hansı üzlə insan haqlarının müdafiəsi ilə məşğul olur?".

Anar
AzNews.az