18:57
(077) 610-22-33

“İcbari sığortalar haqqında“ qanunun əhatəsi genişləndirildi

  • >
397 14 May 2013 13:44 | Cəmiyyət

Bu gün Milli Məclis qüvvədə olan "İcbari sığortalar haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edib.

Qanun layihəsi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın İcbari Sığorta Bürosunun tənzimlədiyi icbari sığorta növləri siyahısına daxil edilməsini nəzərdə tutur.

Bundan başqa, dəyişikliklər İcbari Sığorta Bürosunun informasiya sisteminin əhatəsinin genişləndirilməsini nəzərdə tutur. Bu sistem vasitəsilə hazırda avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortalanması üzrə, icbari sığortanın bütün dörd növü və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üçün polislər qeydiyyata alınır.

Milli Məclisdə çıxış edən maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, Büronun informasiya sistemi özünü olduqca səmərəli alət kimi göstərib və birinci ildə onun vasitəsilə 700 mindən artıq avtomobil sığortalanıb.

"Şirkətlərin icbari sığortanın digər növləri üçün informasiya sisteminin istifadəsi ilə bağlı problemləri olmayacaq. Həmin problemlər yalnız sığorta şirkətlərinin özü hazırlaşmayacağı təqdirdə əmələ gələ bilər, bu isə sığorta şirkətlərinin özünün problemidir. Dövlət Sığorta Nəzarəti Xidməti elektron xidmətlərin tətbiqi və informasiya sisteminin fəaliyyətinə ciddi nəzarət edir", - Bayramov qeyd edib.

AzNews.az
Bağla X