03:48
(077) 610-22-33

"Biri çıxıb, deyir “tutuquşuyam”, o biri..."

  • >
867 14 May 2013 14:04 | Cəmiyyət

"Gündəmdə Feysbuk yaxud Tvitterin qadağan olunmsı ilə bağlı məsələ yoxdur və ola da bilməz"

Bu sözləri Milli Məclisin bu günkü iclasında deputat Fuad Muradov Baş Prokuroluq tərəfindən parlamentə daxil olmuş "Cinayət Məcəlləsinə dəyişiliklər ediməsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı bildirib. Millət vəkilinin sözlərinə görə, internetdə küçə söyüşləri və biədəb şəkildə montaj olunaraq şəkillərin yayılması ciddi suallar yaradıb.

"Bununla bağlı tədbirlər Avropada çoxdan qanunlaşdırlıb. Biz hələ gecikmişik"-deyən F.Muradov bir sıra ölkələrin təcrübəsini nümunə göstərib. Deputat qeyd edib ki, ABŞ-da, İngiltərədə təhqir və böhtana görə Andlılar məhkəməsi qərar verir. "İsveçrədə 3 il, Çexiyada 1 il, Danimarkada 6 ay həbs cəzası nəzərdə tutulub".

Deputatın sözlərinə görə, sosial şəbəkələrdə normal fikir ifadə etmək və öz mövqeyini qanunauyğun çəkildə ifadə etmək əvəzinə bir sıra hallarda söyüş və təqhirlərdən istifadə edilir. Bu isə yolverilməzdir".

Deputat həmçinin bildirib ki, məmurlar və deputatlar da öz fikirlərini ifadə edərkən diqqətli olmalıdırlar. "Bu məsələdə jurnalistləri qınamaq da düz deyil. deyir "ölü görürəm".

F. Muradov həmçinin kibercinayətkarlığa qarşı mübarizə haqqında qanun qəbul edilməsini təklif edib.

Deputat həmçinin narkomanların cinayət məsuliyyətinə cəlb olunması müddətinin artırılması ilə bağlı təkilfə münasibət bildirirəkən ölkədə müalicə dispanserlərinin sayının artırılmasını təklif edib. "Diqqət daha çox bu narkomanların sağaldılamsına yönəldilməlidir"-deyə deputat vurğulayıb.

AzNews.az
Bağla X