Bakıda Azadlıq meydanının altındakı avtomobil dayanacağının texniki parametrləri hərbi paradın keçirilməsinə hesablanıb Bakıda Azadlıq meydanının altındakı avtomobil dayanacağının texniki parametrləri hərbi paradın keçirilməsinə hesablanıb

FHN-dən Azadlıq meydanındakı dayanacaqla bağlı açıqlama

Bakıda Azadlıq meydanının altındakı avtomobil dayanacağının texniki parametrləri hərbi paradın keçirilməsinə hesablanıb



Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov bildirib:

"Azadlıq meydanında yeraltı avtomobil dayanacağının tikintisi zamanı hərbi parad vaxtı yüklənmə nəzərə alınıb. Hərbi parad zamanı meydandan çəkisi 60 tonu ötən tanklar, hərbi texnikalar keçəcək. Bu dayanacaq belə yüklənmələrə hesablanıb".

Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə iyun ayının 26-da hərbi parad keçiriləcək. Sonuncu dəfə Azadlıq meydanında hərbi parad 2011-ci ildə Silahlı Qüvvələr Günü və Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə keçirilib.

Nəcəfovun sözlərinə görə, müfəttişlik meydanda güclü yağış nəticəsində asfalt örtüyünün çökməsindən sonra müvafiq yoxlamalar aparıb:

"Yoxlamalar göstərib ki, inşaatçıların işində səhvlər buraxılıb. Bu səhvlər iş qrafikinin sürətləndirilməsi nəticəsində yaranıb. Layihənin özü isə səmərəli işlənib. Bakıda yeraltı dayanacaqların tikintisi zamanı onların yeraltı qrunt sularından qorunmasına xüsusi diqqət ayrılır. Bunun üçün yaxşı texnologiyalar, səmərəli materiallar, betonun xüsusi növləri, izolyasiyalı materialları mövcuddur. Bu materiallardan Bakıda dayanacaqların tikintisi zamanı istifadə olunur".

AzNews.az