İsa Qəmbərin virtual seçki qərargahı yaradıldı

Bu gün Müsavat Partiyasının başqanı, partiyanın prezidentliyə namizədi İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının toplantısı keçirilib.

Toplantı Mərkəzi Seçki Qərargahının rəhbəri Arif Hacılının sədrliyi ilə baş tutub. A.Hacılı Mərkəzi Seçki Qərargahına Divanın qərarı ilə yeni üzvlər salındığını bildirib. Qeyd olunub ki, Xuraman Bağırova, Elçin Cərullazadə, Fəzli Mehdiyev və Günel Rəhimli Mərkəzi Seçki Qərargahı üzvləri üzvləri sırasına salınıb. Beləliklə də, seçki qərargahı üzvlərinin sayı 32-yə çatıb.

Toplantıda ötən hətəyə dair verilən tapşırıqlar barədə məlumatlar dinlənilib. Bildirilib ki, artıq 55 rayon təşkilatında seçki kompaniyasını aparacaq şəxslərin siyahıları müəyyənləşdirilib. "facebook" sosial şəbəkəsində İsa Qəmbərin seçki qərargahı səhifəsi yaradılıb.

Mərkəzi Seçki Qərargahının növbəti toplantısı mayın 19-u saat 16:00-da olacaq.

AzNews.az