19:51
(077) 610-22-33

“Vətəndaşlara yazılı məsləhətləşmə hüququ verilir“

  • >
326 15 May 2013 12:44 | Cəmiyyət

Milli Məclis qanun layihəsini müzakirə edirb Qurum üçün vahid əsasnamə olacaq

Modern.az xəbər verir ki, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitəsinin iclası keçirilib. Komitələrin müzakirəsinə çıxarılan məsələlərdən biri "İctimai iştirakçılıq haqqında" qanun layihəsi olub. Millət vəkili Azay Quliyev bununla bağlı bildirib ki, komitəyə çox maraqlı təkliflər gəlib.

Deputat bildirib ki, aprel ayında Hüquqşünaslar Konfederasiyası ilə birlikdə qanun layihəsi ilə bağlı ictimai müzakirələr keçirilib. Bütün müzakirələrdə səsləndirilən fikirlər artıq ikinci oxunuşda müzakirəyə çıxarılan sənədlərdə nəzərə alınıb. İctimai iştirakçılıqla bağlı müəyyən dəyişikliklər və əlavələr edilib.

"Əsas dəyişikliklərdən biri yazılı məsləhətləşmə hüququdur. Bundan sonra vətəndaşlara yazılı məsləhətləşmə hüququ verilir. Məhdudiyyət aradan qalxacaq. Beşinci maddəyə siyasi plüralizim və vətəndaşlara bərabər hüquqların verilməsi məsələsi salınıb. Yeddinci maddədə isə İctimai Şura üçün əsasnamə müəyyən olunub. Əvvəlki variantda müəyyən icra qurumu yanında fəaliyyət göstərəcək İctimai Şuranın özünün əsasnaməsi olmalı idi. Bu da o demək idi ki, nə qədər İctimai Şura varsa, o qədər də əsasnamə var. Bundan sonra belə olmayacaq"-deyən A.Quliyev bildirib ki, İctimai Şuranın vahid nizamnaməsi qəbul olunacaq.

Müvafiq icra qurumu tərəfindən təsdiqlənmiş əsasnamə bütün İctimai Şuralara şamil olunacaq. Yeni dəyişikliyə əsasən bir şəxs yalnız bir dəfə Şuranın üzvü ola biləcək. İctimai Şuraların maliyyələşmə məsələsini maddi texniki təminatla əvəz edilb. "İctimai Şuraların hüquqlarını səlahiyyətlərlə əvəzlədik. Ümumiyyətlə daha mükəmməl və təkmil variantdır", – deyə A. Quliyev bildirib.

AzNews.az
Bağla X