15:01
(077) 610-22-33

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

  • >
308 15 May 2013 15:53 | Cəmiyyət

Milli Məclisin mayın 21-də keçiriləcək iclasının gündəliyi açıqlanıb



Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, gündəliyə 9 məsələ daxildir.

Növbəti iclasda Azərbaycanla Xorvatiya və Monteneqro dövlətləri arasında bir sıra sənədlərin təsdiqi, "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında" müqavilənin təsdiqi, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliklər, o cümlədən Miqrasiya Məcəlləsinin layihəsinin ikinci oxunuşda müzakirəsi daxildir.

AzNews.az
Bağla X