13:44
(077) 610-22-33

TQDK-dan müraciət - Siyahı

  • >
734 16 May 2013 09:12 | Cəmiyyət

TQDK şagirdlərə daha bir müraciət edib



Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şagirdlərin buraxılış imtahanlarında iştirakını məhdudlaşdıran xəstəliklərin siyahısı müəyyənləşib.

Buraxılış imtahanında iştirakı mümkünsüz olan şagirdlər müvafiq tibbi arayışları (epiqriz) mayın 20-ə dək təhsil müəssisələrinə təqdim etməlidirlər. Bu sənədlər Təhsil şöbələri tərəfindən mayın 25-ədək TQDK-ya və ya Komissiyanin regional bölmələrinə göndərilməlidir.
Belə şagirdlər üçün fərdi buraxılış imtahanları təşkil ediləcək.
Xüsusi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanı həmin təhsil müəssisələrində olacaq.


Diaqnoz

Bronxoektatik xəstəliklər (tez-tez təkrar olunan kəskinləşmə və ağırlaşmalarla, II-III dərəcəli tənəffüs çatışmazlığı, plevranın empieması, bronxopnevmotorakal fistullar)

Tənəffüs orqanlarının anadangəlmə anomaliyaları (polikistoz, mukovissidoz və s.)

Mədə və onikibarmaq xorası kəskinləşmə dövründə

Mədə-bağırsaq yollarının, qaraciyər və ödçıxarıcı yolların nəzərə çarpacaq funksional pozğunluqları ilə gedən xəstəlikləri, patoloji halları və inkişaf qüsurları (qaraciyərin sirrozu, xronik aktivləşən hepatit, qeyri-spesifik xoralı kolit, fenilketonuriya və s.)

Ürəkdə və böyük damarlarda aparılan cərrahi əməliyyatdan sonrakı hallar

Ürək keçiriciliyinin və ritminin pozulması (tam köndələn atrioventrikulyar blokada, sinus düyünün zəifliyi sindromu, sinoaurikulyar blokada, II-III dərəcəli tam olmayan atrioventrikulyar blokada)

Birləşdirici toxumanın diffuz xəstəlikləri

Xronik böyrək çatışmazlığı

İrsi nefropatiyalar (tubulopatiyalar, irsi nefrit)

Anadangəlmə immun çatışmazlıq sindromları

Qazanılma immun çatışmazlığı sindromu olan xəstələr və insan immun çatışmazlığı virusu ilə yoluxanlar(diaqnozların klinik-laborator tədqiqi)

Hemorragik vaskulit (xəstəliyin uzun sürən, aramsız residiv verən xronik variantları)

Qanın anadangəlmə və irsi xəstəlikləri (talassemiya, oraqvari hüceyrə anemiyası, qeyri-fermentar hemolitik anemiya, irsi mikrosferositar hemolitik anemiya və digər nadir təsadüf edən hemolitik anemiyalar)

Leykozlar

Limfoqranulomatoz

Histiositozlar (Hend-Şüller-Krisçen, Lettere-Zive, Taratınov)

Toplanma xəstəlikləri (Qoşe, Niman-Pik, Landinq, Volment, Tandasir)


Qan yaranmanın anadan gəlmə və ya qazanılmış hipoplastik və aplastik vəziyyətləri

Koaqulopatiyalar (Hemofiliya, Villebrand xəstəliyi)

Trombsitopenik purpura (xəstəliyin xronik, fasiləsiz residiv verən, kəskin nəzərə çarpan hemorragik sindrom və trombositopeniya ilə gedişi- Periferik qanda trombositlərin miqdarının 80,0 10q/l və az olması

İtsenko-Kuşinq xəstəliyi

Böyrəküstü vəzilərin xronik çatışmazlığı (əvəzedici terapiya fonunda inkişaf edən Addison krizləri)

Anadangəlmə və qazanılma hipotireoz

Cərrahi əməliyyatdan sonra əmələ gəlmiş hipoparatireoz

Qarın yatalağı və paratiflər

Botulizm

Vərəm meningiti

Şizofreniya

Müxtəlif mənşəli psixozlar (sarışan hallar)

Nevrozlar və nevrozabənzər hallar (ağır formada), dekompensasiya stadiyasında olan reaktiv hallar, isteriya (kəkələmələrlə)

Müxtəlif mənşəli nəzərə çarpan ensefalo-astenik əlamətlər

Psixopatiyalar, psixopatiyayabənzər əlamətlər (kəskin dövrdə)

Mərkəzi və periferik sinir sisteminin üzvi xəstəlikləri nəticəsində baş verən hərəki və hissi pozğunluqlar (süst və spastik ifliclər), beyin şişləri və beyində aparılan cərrahi əməliyyatlar

Epilepsiya

Kəllə-beyin travmaları

Kəllə-beyin travmalarından sonra qalıq əlamətlər

Kəllə, fəqərə və gövdə sümüklərinin sınıqları

Yayılmış ekzema və yayılmış neyrodermit

Total alopesiya (total keçəllik)

Görmə üzvünün iltihabi xəstəlikləri:
a) residiv verən keratitlər, buynuz qişanın distrofiyaları, görmə itiliyinin hər iki gözdə 0,08 qədər azalması ilə
b) bahar katarının fəsadlaşmış forması, görmə itiliyinin hər iki gözdə 0,08 qədər azalması ilə

Miopatiya, anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik sindromlar zamanı dayaq-hərəkət aparatının funksiyasının pozulması

Uşaq serebral iflici

Anusun arteziyası nəcis saxlaya bilməməklə (enkoprez)

Müxtəlif xəstəliklər zamanı aşağı ətrafların iflici

Koksit gips sarğısında olarkən dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri (xroniki ostiomielit, sümük - oynaq vərəmi)


AzNews.az
Bağla X