11:34
(077) 610-22-33

Ehtirasdan zəhərlənməyə bir addım

  • >
325 16 May 2013 09:15 | Cəmiyyət

Cinsi gücü artıran dərmanlar Azərbaycanda zəhərlənmələrə səbəb olub



Statistika göstərir ki, son illər daha çox istehlak edilən yuxu dərmanları və arıqlama vasitələri zəhərlənmələrə səbəb olur. Zəhərlənməyə rəvac verən dərmanlar arasında cinsi gücü artıran preparatlar da az deyil.

Azərbaycandakı rəsmi statistikaya əsasən dərman zəhərlənmələrinə ən çox yuxu preparatları səbəb olur. Belə dərmanlardan asılı duruma düşən insanlar aşağı dozayla kifayətlənməyib daha böyük dozalar qəbul etməli olurlar. İki gün öncə Göyçay rayonunda azyaşlı uşağın dərmandan zəhərlənərək dünyasını dəyişməsi məsələni yenidən gündəmə gətirib.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Modern.az-a verdiyi məlumata görə, bu ilin dörd ayı ərzində dərman zəhərlənmələrinə görə 36 müraciət daxil olub. Onlardan 16 nəfər bu diaqnozla xəstəxanaya daxil olub. Şöbə müdirinin sözlərinə görə, zəhərlənənlərdən 4 nəfəri azyaşlı uşaqlardır:
"Sakitləşdirici, yuxugətirici, depressiya əleyhinə və vitamin preparatlarından daha çox zəhərlənmələr olur. Dərman zəhərlənmələri əsasən sedadit tərkibli dərmanlardan baş verir. Zəhərlənənlər isə daha çox 25-40 yaş arası insanlarda baş verir. Ötən il dərman zəhərlənmələrindən ölüm halı olsa da, bu il hələ ki, belə fakt qeydə alınmayıb. Ötən il bir nəfər rayondan gətirilən xəstə çox ağır vəziyyətdə müraciət etdiyinə görə, zəhərlənmədən dünyasını dəyişib. Ümumilikdə isə ötən il 78 nəfər dərmandan zəhərlənib".

Dərman preparatlarından zəhərlənənlər arasında azyaşlıların da olmasının başlıca səbəbini nəzarətsizlikdə görən Azər Maqsudov bildirdi ki, böyüklər arasında zəhərlənmə eyni zamanda sakitləşdirici və antidepressant qrupa aid dərmanların həkim təyinatına riayət olunmadan qəbul edilməsi hallarında baş verib. Bundan başqa, dərmanların saxlanma şəraitinə düzgün əməl edilməməsi də zəhərlənməyə rəvac verib.

"Dərman vasitələri haqqında" qanunda dərmanların saxlanma qaydası, keyfiyyətsiz dərmanların idxalı, satışa buraxılması, onların öz dozalarına uyğun apteklərdən düzgün buraxılmaması ilə bağlı məsuliyyətlər nəzərdə tutulur. Özü də təkcə inzibati xarakterli olmayıb, cinayət xarakteri də daşıyır.

AzNews.az
Bağla X