06:20
(077) 610-22-33

Təhsil Nazirliyi hüquqşünasları işə cəlb etdi

  • >
439 17 May 2013 08:11 | Cəmiyyət

Sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsilə (inkluziv təhsilə) cəlb olunması üçün UNİCEF-in texniki dəstəyi ilə "2013-2020-cu illərdə Azərbaycan Respublikasında İnkluziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı" hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə məlumat Təhsil Nazirliyindən verilib

Proqramın məqsədi bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunmasını və onların təhsil ala bilmələri üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdir. Sənəd layihəsi həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində təsdiq olunması nəzərdə tutulan dövlət proqramlarının siyahısına da daxil edilib.

Dövlət Proqramının təsdiq olunub reallaşacağı təqdirdə sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili ilə bağlı mövcud problemlər öz həllini tapacaqdır.

Nazirlikdən həmçinin "İnkluziv təhsil haqqında" qanun layihəsi ilə bağlı məsələy də aydınlıq gətirilib: " Qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib. Ancaq Milli Məclisdə aparılan müzakirələr zamanı sənədin ayrıca qanun kimi deyil, qanun layihəsində qeyd olunanların "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanunda və "Təhsil Haqqında" Qanununda müvafiq dəyişikliklərin edilməsi yolu ilə əks olunması məqsədəmüvafiq hesab edilib. Hazırda bu məqsədlə iki hüquqşünas işə cəlb edərək qanunlara əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanır.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X