Xoşqədəm Hidayətqızı Suriyada

ATV-nin "Səni axtarıram" verilişinin aparıcısı, tanınmış telejurnalist Xoşqədəm Hidayətqızı bir neçə gündür ki, Suriyadadır.


Bu barədə məlumat AzNews.az-a "Səni axtarıram" verilişinin prodüsseri tərəfindən xəbər verilib. Onun sözlərinə görə, X.Hidayətqızının bu səfərdə məqsədi "Səni axtarıram"ın poçtuna gələn Suriya ilə bağlı məktubları araşdırmaqdır: "Bizə məktublar gəlib. Hansı ki, o məktubların izi Suriyaya gedib çıxır. Xoşqədəm xanım da məhz həmin insanlarla görüşüb".

Qeyd edək ki, X.Hidayətqızının Suriyada apardığı çəkilişlər sabah ATV-nin "ATV-gündəm" verilişində yayımlanacaq. Bundan başqa o, Suriyada mövcud durumla bağlı süjetlər də hazırlayıb.

Bahar Rüstəmli
AzNews.az