Tanınmış biznesmen buna görə 150 milyonundan keçməyə hazırdır Tanınmış biznesmen buna görə 150 milyonundan keçməyə hazırdır

Telman İsmayılov Azərbaycanda futbol biznesinə girişir

Tanınmış biznesmen buna görə 150 milyonundan keçməyə hazırdır



Azərbaycanlı tanınmış biznesmen Telman İsmayılov (AST Telman) Azərbaycan klublarından birinə sponsorluq edəcək.

Bu barədə AzNews.az-a məlumat verən mənbə bildirir ki, İsmayılov Qusarın "Şahdağ" klubuna himayədarlıq etmək istəyirmiş. Ancaq klub Topaz Premyer Liqasına vəsiqə qazana bilmədiyindən, bu baş tutmayıb.

İsmayılovun növbəti alternativi "Qaradağ Lökbatan" klubudur. İş adamının doğulduğu rayonda - Göyçayda yeni futbol klubu yarada biləcəyi də istisna edilmir.

"Ola bilər ki, Telman İsmayılov "Qaradağ Lökbatan" klubunu himayə etsin, ola da bilər ki, Göyçayda, yaxud başqa bir rayonda yeni klub yaratsın"- deyə, mənbə bildirir.

Mənbəmizin iddiasına görə, klub rəhbəri olacağı təqdirdə İsmayılovun 150 milyon manatından keçəcəyi gözlənilir.

Ramin
AzNews.az