Göyçayda müəllim şagirdi döydü - VİDEO

Azərbaycanda orta məktəb müəlliminin şagirdi döyməsi ilə bağlı daha bir video yayılıb. Sosial şəbəkələrdə yayılan video Göyçay rayonunda lentə alınıb.

"Qafqazinfo" nun məlumatına görə, coğrafiya müəlliməsi dərsə hazırlaşmayan şagirdi lövhə önünə çıxararaq ona yumruq zərbələri endirir. Gönürtülər dərs zamanı şagirdlər tərəfindən telefona çəkilərək internetdə yerləşdirilib.

Hələlik bu videoda şagirdi döyən"qəhrəman" müəllimənim kimliyi və hansı məktəbdə çalışması dəqiq bilinmir.


AzNews.az