05:24
(077) 610-22-33

Xalidə Xalid yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək

  • >
1 647 20 May 2013 12:25 | Cəmiyyət

Hazırda hər iki ölkənin müvafiq qurumları təhvil-təslim işləri aparır, soydaşlarımızın İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə birgə vətənə qayıtması gözlənilir.

İranda ötən gün həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək. İranda səfərdə olan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətindən APA-ya verilən məlumata görə, hazırda hər iki ölkənin müvafiq qurumları təhvil-təslim işləri ilə bağlı sənədləşmə aparır.

Sənədləşmə işi başa çatdıqdan sonra Azərbaycan vətəndaşları təhvil veriləcək. Onların Azərbaycan nümayəndə heyəti ilə birgə vətənə qayıtması gözlənilir. Şeyxin başçılıq etdiyi nümayəndə heyəti İrana səfərini mayın 22-də yekunlaşdırıb Azərbaycana qayıdacaq.

Qeyd edək ki, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Mayın 18-də QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfərindən sonra mayın 19-u isə onlar azadlığa buraxılıblar.

AzNews.az
Bağla X