08:44
(077) 610-22-33

Quba polisindən əhaliyə çağırış: “Silahları təhvil verin”

  • >
525 20 May 2013 16:27 | Cəmiyyət

Quba rayon Polis Şöbəsi əhalidəki silahların təhvil verilməsi üçün yerli sakinlərə müraciət edib. AzNews.az-a bu haqda məlumatı Quba Polis Şöbəsinin əməliyyat müvəklili Mirmehdi Seyidov verib.

Artıq silahların yığılması məqsədlə Xaçmaz ərazisində 4 yerdə Xanoba, Düztahiroba, Tel və Nabran kəndləri, Qubada isə 2 yerdə Xınalıq və Qırmızı qəsəbə ərazilərində postlar qoyularaq tədbirlərə başlanılıb.

Postlarda əraziyə daxil olan bütün nəqliyyat vasitələri xüsusi təlim keçmiş itin köməyilə ciddi yoxlanılır.

Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədi daşıyan analoji tədbirlər Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən şimal-şərq bölgəsində - Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ, həmçinin Rusiyanın Azərbaycanla həmsərhəd Axtı, Məhərrəm kənd, Doqquz para rayonlarında da keçirilir. Sərhəd SİPƏR əməliyyatı mayın 25-dək davam edəcək.

Ruhiyyə
AzNews.az

Bağla X