Həyat gözəldir, amma onun sərt üzü də var Həyat gözəldir, amma onun sərt üzü də var

Daha bir bestseller nəşr edildi

Həyat gözəldir, amma onun sərt üzü də var



Yaşamaq təkcə həyatdan zövq almaq deyil, həm də onun uğrunda mübarizə aparmaq, bu həyatda təsadüfi olmadığını sübuta yetirməkdir. XIX əsr İngiltərə yazıçısı Şarlotta Brontenin qəhrəmanı ən ağır sınaqlardan ləyaqətlə çıxaraq öz təmiz adını qoruyub saxlayır. Onun adı Ceyn Eyrdir. Yüzillər gəlib keçir, dünya dəyişir, amma hər gələn nəsil bu sadə, kimsəsiz qızın amansız taleyinə tabe olmaması, ağır sınaqları dəf edərək səadətə yetməsi haqqında özünün danışdığı həyat hekayətini sevə-sevə oxuyur. O hər bir oxucunu özünə sirdaş edir. Onun həyat yolu insanın mənəvi və əxlaqi qələbəsinin rəmzidir. "Ceyn Eyr" romanı dünya ədəbiyyatının qızıl fonduna daxil olmaqla bərabər ən çox ekranlaşdırılan əsərlərdən biridir. Lakin heç bir film, hətta onun ən uğurlu ekran təcəssümü belə kitab qədər maraq və həyəcan doğurmur, qəhrəman və oxucu arasında məhrəm, səmimi münasibəti əvəz edə bilmir.

AzNews.az