Mayın 22-dən Təhsil Nazirliyində xarici ölkələrin ali məktəblərində təhsil almaq istəyən gənclərin sənəd qəbulu başlayıb Mayın 22-dən Təhsil Nazirliyində xarici ölkələrin ali məktəblərində təhsil almaq istəyən gənclərin sənəd qəbulu başlayıb

Təhsil Nazirliyi sənəd qəbuluna başladı

Mayın 22-dən Təhsil Nazirliyində xarici ölkələrin ali məktəblərində təhsil almaq istəyən gənclərin sənəd qəbulu başlayıb




Proses

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Nazirlikdən verilən məlumata görə,

sənədlərin qəbulu prosesi avqustun 15-dək davam edəcək.

Sənəd qəbulunda xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, www.xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçiriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az