19:36
(077) 610-22-33

Mikayıl Cabbarov bəyanat verdi

  • >
221 22 May 2013 13:15 | Cəmiyyət

“Türkiyə tərəfi ilə peşə təhsili sahəsində tədris prosesinə yanaşma, tədris prosesinin təşkili, onun iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması məsələləri müzakirə edilib”



Bunu təhsil naziri Mikayıl Cabbarov türkiyəli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, Türkiyənin bu sahədəki təcrübəsi öyrənilib.

"Sirr deyil ki, Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. İqtisadiyyatımız getdikcə inkişaf edir, yeni iş yerləri və sahələr yaradılır. Peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır. Amma müasir məzmunlu tədris prosesi peşə təhsilinin adının sadəcə diplomda yazılması nəzərdə tutmur"-deyə, M. Cabbarov əlavə edib.

Nazir onu da vurğulayıb ki, özəl sektorlarla təhsil qurumları arasında mövcud ola bilən mexanizmlərin tətbiqi sahəsində Türkiyənin təcrübəsi böyükdür. "Buna görə də Azərbaycan gələcəkdə bu prosesin düzgün qurulmasında onların təcrübəsindən yararlanacağıq".

***

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Türkiyənin təhsil naziri Nəbi Avçı mayın 22-də Bakıda bir araya gələrək təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq məsələsini müzakirə ediblər. Modern.az xəbər verir ki, iki nazirin görüşü barədə bəyanat yayılıb.
Bəyanatda qeyd olunur ki, ilk dəfə olaraq bir araya gəldikləri bu görüşdə nazirlər iki ölkə arasında bütün sahələrdə mövcud olan mükəmməl səviyyədəki əlaqələrin xarakterinə uyğun olaraq təhsil sahəsində bu günə qədər hərtərəfli şəkildə həyata keçirilən əməkdaşlığın irəlidə daha da inkişaf etdirilməsinin əhəmiyyəti ilə bağlı razılığa gəliblər. Bu çərçivədə nazirlər müştərək iradələrini irəli sürərək təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinə davam edilməsini və konkret layihələrin həyata keçirilməsini səmərəli olacağına olan inamlarını vurğulayıblar.

Nazirlər-M.Cabbarov və N.Avcı təhsil sahəsində əlaqələrin institusiyonal strukturunu daha da gücləndirmək məqsədilə "Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Saziş" üzrə danışıqlar prosesini sürətləndirilməsi istiqamətində razılığa gəliblər. (modern.az)

AzNews.az
Bağla X