Hüquq müdafiəçisi ordenlə təltif edildi

Tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus bu gün növbəti mükafatını alıb. O, insan hüquqlarının mübarizəsi işində xidmətlərinə görə buyaxınlarda Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olunmuşdu. Bu gün Fransanın Bakıdakı səfirliyinin binasında mükafatın təqdimetmə mərasimi keçirilib. Mükafatı Leyla Yunusa xüsusi məsələlər üzrə səfir Fransua Zimere təqdim edib. Tədbirdə qeyri-hökümət təşkilatları, beynəlxalq təşkilatların nümayəndələri, mətbuat işçiləri ilə yanaşı, Amerikanın və Niderlandın ölkəmizdəki səlahiyyətliləri də iştirak ediblər.

Xatırladaq ki, hüquq müdafiəçisi ötən həftə də Almaniyanın Teodor Heker adına beynəlxalq mükafatına layiq görülmüşdü.


Azər
AzNews.az