22:28
(077) 610-22-33

Daşyonanın başdaşısı

  • >
360 23 May 2013 08:43 | Cəmiyyət




İdris Heydərli

Əkrəm Əylisi danışdı. "Daş yuxuları" oxumadan Əylisi tanımaq olmazmış. İllərin Əylisi birdən fərqli bir Əylis olaraq tanındı. Əkrəm hər zaman Əylisi yazıb. Bu Əylis isə başqa idi.
Bu Əylisdə yaddaş var, o yaddaş daşa dönüb. O yaddaşdan sadəcə daşlar qalıb. Kilsə daşları.
Kilsə daşlarını gördünüzmu heç?
O daşı görməyən "daş yuxuları" anlamaz. Əkrəm o daşların içində böyüdü. O daşların üstündə onun uşaqlıq yaddaşı var.
Daş dağın parçasıdır. Su da yonar onu, insan da.
İnsanın yonduğu daş var ki, biz onu bilmirik. O daşı yonan Daşyonandır. Çörəyi daşdan çıxan daşyonanın əsas işi məzar daşı hazırlamaqdır.
Biz daşdan ev tikməzdik, biz daşdan hasar hörməzdik, biz daşdan çəpər çəkməzdik. Biz bir tək başdaşını Daş edərdik.
Daşyonana işimiz yalnız Başdaşı olardı.
Kilsə daşdan tikilər. O daşların düzümü belə məzar kimi.
Kilsə daşlarının tən ortasında məzar daşı olmalı idi ki, kilsə olsun. Məzarsız kilsə yoxdur. Bizim bildiyimiz Pir misalı.
Əylis bir məzarlıq imiş. Müqəddəslər sayılanların məzarları varsa , Məbəd var. O məbəd sonradan Kilsələşə bilər.
Daşyonanlar kim idi? Kilsəmi olacaq, məzarmı olacaq, nə fərq edər. Daşyonanın işi başdaşı, sinədaşı, ..daş.
Qurbağa gölünə Daş düşdü bir zaman. "Daş yuxular" daşlandı.
Əkrəm bu daşı ilə Əylisə bir başdaşı yondu.
Daşyonanlar daşını yonar və daşım ağırdır deyib, keçər.
Bağla X