18:10
(077) 610-22-33

Təhsil Nazirliyindən məktəb direktorlarına xəbərdarlıq

  • >
354 23 May 2013 09:46 | Cəmiyyət

Dərs ilinin başa çatmasından su-istifadə etməyə çalışan Bakıdakı bəzi məktəb direktorları təhsil ocaqlarında ötən illərdən tətbiq olunan “təmirpulu” yığımını gerçəkləşdirməyə cəhd göstərirlər



Modern.az saytına daxil olan məlumata görə, bununla bağlı valideynlərdən Bakı Şəhər Təhsil İdarəsinin 441-06-99 nömrəli "qaynar xəttinə" siqnalların verilməsi direktorlara sərt xəbərdarlığın olunması ilə nəticələnib.

Məlumata görə, bu yaxınlarda təhsil naziri postuna təyinat alan Mikayıl Cabbarovun ümumtəhsil müəssisələrində bu kimi hallara qarşı sərt tədbirlər görmək barədə şifahi tapşırığı olub. Tapşırığa əsasən, "təmirpulu" və digər adlar altında qeyri-rəsmi ödənişlərin gerçəkləşdirildiyi təhsil ocaqlarının direktorları cəzalandırılmalıdır.

Qeyd edək ki, keçmiş təhsil naziri Misir Mərdanovun dövründə hər ilin may ayında məktəblərdə şagirdlərdən adambaşına 5-20 manat məbləğində "təmirpulu" yığılırdı. Media məsələni gündəmə gətirəndə isə Təhsil Nazirliyinin rəsmiləri bu ödənişlərə valideynlərin "könüllü" qoşulduğu barədə iddialar səsləndirirdilər. Halbuki, əslində kütləvi narazılıq var idi və problemlə bağlı tədbirlər görülmürdü.

AzNews.az
Bağla X