20:41
(077) 610-22-33

“Saxta profillər yaradanlar barədə ölçülər götürülüb“

  • >
409 24 May 2013 08:37 | Cəmiyyət

“Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən savayı, “Facebook”da Daxili İşlər Nazirliyi adına çıxılan səhifələrin heç birinin bizə idiyyatı yoxdu




Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların, Baş Dövlət Yol Polisi İdarəsinin heç birinin rəsmi "Facebook" səhifəsi yoxdur".

Bu sözləri "Bizim Yol"a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə dedi. Qeyd edək ki, qəzetin ötən sayında "Hökumətin də facebooku var" başlıqlı məqalə dərc olunub. Məqalədə güc strukturlarının adından "Facebook"da olan səhifələr barədə araşdırma təqdim olunub. Araşdırma nəticəsində məlum olmuşdu ki, DİN-in adından "Facebook"da bir neçə səhifə var. Belə ki, "DİN" səhifəsində son yenilənmə bazar günü olmuşdu. Səhifəyə DİN-in 2012-ci ilin yekunlarına dair hesabatı yerləşdirilib. Habelə aprelin 18-də səhifədə elan gedib ki, səhifəni işlətmək üçün admin axtarılır.

Bundan əlavə, 323 nəfərin bəyəndiyi "Daxili Qoşunların səhifəsi" də var və bu səhifədə son yenilənmə otən il noyabrın 14-də olub və "Putun Azerbaycan. Zabit Heyetine Salam Allah sizi saxlasin .." statusu yazılıb. Digər statuslara da baxanda yazanın Azərbaycan dilini zəif bilməsi his olunur.

"Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin səhifəsi" də var. Bu səhifəni bəyənənlərin sayı cəmi 84-dür. Amma səhifədə DYP-nin fəaliyyəti, görülən işlər, təhlükəsizlik kameralarının qeydə aldığı qəzalar, hətta avtotest də interaktiv şəkildə yerləşdirilir. "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai səhifəsi"i də xeyli aktivdir. Bu səhifəni bəyənənlərin sayı isə 14 min nəfərdən çoxdur. O.Mansurzadə bildirdi ki, bundan qabaq da "Facebook"da daxili işlər naziri Ramil Usubovun adından bir neçə saxta profil yaradılmışdı: "Biz də Daxili İşlər Nazirliyi olaraq həmin profillərin saxta olduğunu, onların cənab nazirə heç bir aidiyyatının olmadığını bildirmişdik və həmin profilləri yaradanlar barədə müəyyən araşdırmalar aparıldı, o saxta profilləri yaradanlar barədə müvafiq ölçülər götürüldü. Hal-hazırda da Daxili İşlər Nazirliyi və onun baş idarələri barədə müvafiq olaraq saxta profillər yaradanlar barədə də araşdırma aparılır və həmin saxta profilləri yaradanlar barədə də müvafiq tədbirlər görüləcək".

DİN sözçüsü nazirliyin internet səhifəsinin də olduğunu vurğuladı: "Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi (www.mia.gov.az ) var və istənilən vətəndaşın bu səhifədən istifadə edərək cənab nazirə, nazirliyin rəhbərliyinə birbaşa müraciət imkanı da var".
Bağla X