Bakıda yeraltı dayanacaqda xüsusi liftlər - VİDEO

Paytaxtın mərkəzində Heydər Əliyev adına sarayın arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazidə salınan istirahət parkı 13 gündür ki, sakinlərin istifadəsinə verilib.

7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsi qranit plitələrlə döşənib. Ərazidə 5 fəvvarə quraşdırılıb, park ot örtüyü, eləcə də, xarici ölkələrdən gətirilən 2 minə yaxın ağac və 10 mindən çox kol bitkisi ilə bəzədilib.

Park 4500 avtomobil tutumuna malik olan yeraltı dayanacağın üzərində tikilib, yeraltı dayanacağa giriş üçün xüsusi liftlər də quraşdırılıb.

Parkda həmçinin piyada keçidləri, fəvvarələr, 4 piyada keçidi, eyni zamanda, bir neçə kafe vətəndaşların istifadəsinə verilib.//anspress//





AzNews.az