Onur Baştürk gecə əyləncəsi ilə bağlı roman yazdı Onur Baştürk gecə əyləncəsi ilə bağlı roman yazdı

Məşhur türk yazar: “Qadın geyə aşiq ola bilər”

Onur Baştürk gecə əyləncəsi ilə bağlı roman yazdı



"Uydurukçu" romanında seks, yalnızlıq, eşq və gecə həyatından bəhs edən türkiyəli yazıçı Onur Baştürk gecə əyləncəsi ilə bağlı fikirlərini bölüşüb.

Kitabda gecə klublarında bir gecəlik eşqlərə fərli yanaşmalar var. Yazıçı özü bu barədə belə deyir: "Bəlkə kiminləsə tanış olaram, həyatımın sevgisini taparam" ümidi ilə hərəkət edənlər də var. Amma etiraf etmək lazımdır ki, gecə əyləncəsinin alt mətnində seks var. Əgər kimsə sizə uzaqdan da olsa baxarsa həyəcanlanarsınız. Amma əgər sizinlə heç kəs maraqlanmazsa, gecə çox sönük keçər. Gecə həyatına qatılanlar "sevişməyə gedirik" deməzlər, amma bəllidir ki, tanış olmağa, bəyənilməyə gedirlər. Çünki hər kəs özündə çox yalnızdır. Sürətlə yaşayır, hər şeyi sürətlə başa çatdırırıq. Bu təkcə İstanbulda belə deyil, bütün dünyada belədir".

Kitabındakı qəhrəmanları haqqında danışan yazıçı hekayələrin birində gey barda rəqs edən bir kişiyə aşıq olan qadın xarakteri yaradıb. Müəllifin fikrincə, belə bir məsləyin sahibi olan kişiyə də aşiq olmaq mümkündür: "Aşiq olmaq qadının davranışları və ruh halı ilə əlaqəlidir. Eşq zatən iş, statusdan əvvəl ruhla əlaqədardır. Qadın barda rəqs edən geyə aşiq ola bilər. Mən bunun örnəklərini görmüşəm".

Gecə məkanlarında insanların davranışından danışan yazıçı onları belə xarakterizə edib: "Gecə məkanlarında hər kəsin içinə girdiyi, ruhunu gizlətdiyi bir çərçivə var. İnsanlar bundan o tərəfə keçmir, bu da özü ilə saxtalıq gətirir. O çərçivə bir imicdir. Bu imiclə hərəkət etmək özü ilə bərabər depresiya halını da gətirir. İnsanlar sənə yaxınlaşıb "necəsən" deyə soruşurlar. Amma cavabı ilə qətiyyən maraqlanmırlar. Əgər "səni gördüm pis oldum" cavabını versəydim, reaksiya yenə eyni olardı. Bəzi insanlar var ki, evli və ya subay olmasından asılı olmayaraq, ruhu yalnız olduğu üçün gecə həyatına qatılır. Bir müddət sonra isə bunsuz yaşaya bilmirlər. Sanki yalnızlıqlarının öldürməyə çalışırlar. Ancaq nə qədər çalışalar da yalnızlıqları daha da alovlanır".

Elnur
AzNews.az
image description image description image description image description image description