06:30
(077) 610-22-33

Misir prezidenti Azərbaycan xalqını təbrik etdi - FOTO

  • >
584 28 May 2013 16:56 | Cəmiyyət

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev mayın 27-də Misir prezidenti Məhəmməd Mursinin protokol aparatı xidmətinin rəisi Moataz Həsəni qəbul edib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, M.Həsən prezident M.Mursinin 28 May - Respublika Günü münasibətilə səmimi təbriklərinin və salamlarının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. M.Həsən həmçinin Misir prezidenti adından Azərbaycan xalqını təbrik edib.

Səfir Ş.Abdullayev səmimi təbriklərə görə təşəkkürünü bildirib və bu xoş sözlərin və salamların müvafiq qaydada ünvan sahibinə çatdırılacağını qeyd edib.

Görüş əsnasında Azərbaycan-Misir əlaqələrinin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.

AzNews.az
Bağla X