08:38
(077) 610-22-33

APA TV yayıma başladı

  • >
549 29 May 2013 08:13 | Cəmiyyət

“APA Holding” MMC-yə daxil olan APA TV bu gündən yayıma başlayıb




Televiziyanın əsas məqsədi tamaşaçılara on-line xəbər xidməti göstərmək, maraqlı verilişlər, yeni layihələr, reportajlar, telearaşdırmalar və digər maraqlı proqramlar təqdim etməkdir.

Televiziya hər saatın tamamında 10 dəqiqəlik xəbər buraxılışı təqdim edəcək.

APA TV-də müxtəlif səpkili ictimai-siyasi, sosial mövzuları əks etdirən verilişlər də yayımlanacaq.

Kanal "Səhər-səhər", "Manşet", "Sosium", "Panoram", "Bizim şəbəkə", "İlqar Rəsul və...", "Müharibə adamı" və s. maraqlı verilişlərlə tamaşaçıların görüşünə gələcək.

Televiziya baş direktor və Yaradıcılıq Şurası tərəfindən idarə olunur.

APA TV-nın baş direktoru Eldəniz Vəliyevdir.

AzNews.az
Bağla X