“Sumqayıtda bir texnopark yaradılıb, digəri yaradılmaq üzrədir" “Sumqayıtda bir texnopark yaradılıb, digəri yaradılmaq üzrədir"

Misir Mərdanov Prezidentin tapşırıqlarından danışdı

“Sumqayıtda bir texnopark yaradılıb, digəri yaradılmaq üzrədir"



"Azərbaycan prezidenti İlham Əliyev Şamaxıda rəsədxananın açılışında çıxışı zamanı bildirib ki, Azərbaycan elmin inkişafına görə də regionun lider dövləti olmalıdır. Bu AMEA qarşısında qoyulan vəzifədir və bu vəzifənin icrası üçün var qüvəmizlə çalışmalıyıq".

AzNews.az-ın məlumatına görə, bunu AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov bildirib. O deyib ki, riyaziyyat və informatika elminin inkişafı dünyanın aparıcı ölkələrinin səviyyəsinə çatdırılmalıdır. Texnoparkların yaradılmasından da danışan Misir Mərdanov Sumqayıtda bu işin artıq həyata keçirildiyini bildirib: "Sumqayıtda bir texnopark yaradılıb, digəri yaradılmaq üzrədir. Texnoparkların yaradılması prezidentin tapşırığı ilə hazırlanan proqramlarda nəzərdə tutulur".

Elnarə
AzNews.az