Musa Yaqub: “Bu çoxdan olmalı idi”

"Milli Şuranın yaranmasını iki əlli dəstəkləyirəm. Bu çoxdan olmalı idi". Bu sözləri AzNews.az-a açıqlamasında şair Musa Yaqub deyib.

Onun sözlərinə görə, Milli Şuranın gələcək planları ilə bağlı gərgin müzakirələr gedir: "Yaxın günlərdə şura namizədlərinin də adları açıqlanacaq. Bütün qərarlar tək-tək deyil, bir yerdə verilməlidir. İstər namizəd, istərsə də veriləcək qərarların hər birində vahid fikir olmalıdır".

Bahar Rüstəmli
AzNews.az