Amnistiya Qərarı 980 məhkuma tətbiq edilib

Milli Məclisin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qəbul olunmuş qərarlar əsasında 29.05.2013-cü il tarixədək Amnistiya Qərarı Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 980 nəfər məhkuma tətbiq edilib.

Amnistiya Qərarının icrası Penitensiar Xidmətin müvafiq komissiyasının, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.

AzNews.az