02:20
(077) 610-22-33

Azərbaycan Braziliyadan təyyarələr alacaq

  • >
440 30 May 2013 17:23 | Cəmiyyət

Braziliya Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini vermək niyyətindədir.


APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Braziliya parlamentinin Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrino Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu ilə görüşü zamanı deyib. O bildirib ki, parlamentdə bununla bağlı hüquqi qərar verdikdən sonra tərəflərlə təmasa keçərək dialoqu aktivləşdirmək, sülhün əldə olunmasını tezləşdirmək istəyirlər: "Əsas məqam odur ki, biz bu məsələyə öz töhfəmizi vermək hədəfini götürmüşük".

Bu dəstəyə görə Braziliya tərəfinə öz təşəkkürünü bildirən S. Seyidov Braziliya nümayəndəsinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) rəhbər seçilməsini xatırladaraq birgə fəaliyyət nəticəsində Azərbaycanın təşkilata üzvlüyünə tezliklə nail olmağın mümkünlüyünü vurğulayıb. N. Pelleqrino Azərbaycanın ÜTT-yə üzv olmasında Braziliyanın əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.

Qonaq bildirib ki, ölkəsi iqtisadiyyat, təhsil və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafında olduğu kimi, təyyarələrin Azərbaycan satışında da maraqlıdır və danışıqlar sayəsində bu reallaşacaq: "Azərbaycan artıq 6 təyyarə sifariş verib".

AzNews.az
Bağla X