20:13
(077) 610-22-33

Deputatdan türk əsgərlərə abidə tələbi

  • >
390 31 May 2013 08:15 | Cəmiyyət

"Nargin adasında böyük bir turizm kompleksinin salınması nəzərdə tutulub. Layihə ilə tanış oldum, həqiqətən də maraqlı bir turizm məkanına çevriləcək. Ancaq bir məqamı yenə də görməzdən gəliblər".

AzNews.az-ın məlumatına görə, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

O bildirib ki, Nargin adasında 1-ci Dünya müharibəsində ruslara əsir düşən türk əsgərləri yerləşdirilib və çox böyük acılar və iztirablar içində aclıq, səfalət və tibb xidmətinin olmamasından dolayı həlak olublar: "İndi də sümükləri orada durur. O zaman Azərbaycan ziyalıları, xeyriyyəçiləri onlara yardım etmək üçün bütün vasitələrdən istifadə etmişdilər. Bütün hallarda bu Türk əsgərləri həm də bizim əsgərlər sayıldığından onların sümükləri üzərində bir turizm kompleksi tikilirsə, onların faciəsini xatırladacaq bir Memorialın da tikilməsinə ehtiyac olduğu düşüncəsindəyəm".

F,Mustafa qeyd edib ki, sonralar oradan qaçan zabit və əsgərlər Azərbaycanın azadlığı uğrunda mübarizədə də fəal iştirak ediblərtlər: "Təbii ki, bizlər Nuri Paşanın göz görəsi qəhrəmanlığına dəyər ermədiyimiz halda, gözlə görünməyən bir məkanda baş verənləri necə dəyərləndirəcəyik, deyə soruşula bilər. Cavabı qısadır: Biz öz vəfamızı göstərək, ümid edək ki, kar olmuş qulaqlar bir gün mütləq dinləyəcəklər. Düşünürəm ki, bu layihəni gerçəkləşdirənlər Türk əsgərinin ruhuna sayğı göstərməyə borcludurlar".

Deputat deyib ki, bu məsələni Milli Məclisin bugünkü iclasında da bu məsələni gündəmə gətirəcək.

Anar
AzNews.az
Bağla X